Tokayevin prezidentliyə namizədliyi irəli sürüldü

Tokayevin prezidentliyə namizədliyi irəli sürüldü

Qazaxıstanın hakim Amanat partiyasının XXIV qurultayında hazırkı dövlət başçısı Qasım-Jomart Tokayevin prezidentliyə namizədliyi irəli sürülüb.

AzerTimes xəbər verir ki, bunu Amanat Partiyasının icraçı katibi Asxat Oralov deyib.

“Yekdilliklə qərar verildi. Hörmətli partiyadaşlar, mən yekdilliklə Amanat Partiyasının 24-cü qurultayında Qasım-Jomart Tokayevin Qazaxıstan Respublikasının prezidentliyinə namizədliyini irəli sürmək qərarına gəldim”, – Oralov bildirib.

Teqlər: