Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Ermənistana sabahkı səfərinin heç də “adi səfər” olmayacağı bildirilir.
AzerTimes xəbər verir ki, Tokayev özü erməni mediasına müsahibəsində əlaqələri genişləndirmək əzmində olduqlarını, Vedi (Ararat) və Alagöz (Araqatsotn) rayonlarında açılacaq konsulluq şöbələrinin bunun əməli təsdiqi olduğunu bildirib.
Erməni ekspertlər isə Türkiyə ilə sərhəd rayonlarında Qazaxıstanın iki konsulluq şöbəsinin açılmasını təsadüfi saymırlar. İddia edilir ki, Türkiyə ilə Ermənistan üçüncü ölkə vətəndaşları və yükləri üçün sərhədi açmağa hazırlaşır və bundan ilk növbədə türk ölkəsi – Qazaxıstan yararlanmağa çalışır.
O da yada salınıb ki, 2019-cu ildə Qazaxıstan Vedi mahalında, Naxçıvanla sərhəddə də (Vayots Dzorda) konsulluq açmışdı.