Tokayevdən Orbana: Siz qıpçaqsınız, vətənə gəlmisiniz!

Tokayevdən Orbana: Siz qıpçaqsınız, vətənə gəlmisiniz!

Bu gün Akorda iqamətgahında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ilə Macarıstanın Baş naziri arasında təntənəli görüş olub.

AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. ​

Görüş zamanı Tokayev Macarıstanın Baş nazirinin mənşəyini xatırladıb və onun qıpçaq köklərinə işarə edib:

“Qıpçaq əsilli olduğunuz üçün Qazaxıstanda sizi yaxşı tanıyırlar və hörmət edirlər. Deyə bilərik ki, siz əcdadlarınızın vətəninə gəlmisiniz”.

Orban dəvətə görə təşəkkür edib və Macarıstan ilə Qazaxıstan arasında dərin tarixi əlaqələrin olduğunu vurğulayıb:

“Evə gəlmək həmişə xoşdur. Macarlar Qazaxıstana böyük məmnuniyyətlə gəlirlər, çünki bizi min illik ümumi köklər birləşdirir”.

Hər iki ölkənin liderləri ikitərəfli münasibətlərin hazırkı vəziyyətini yüksək qiymətləndirdilər və əməkdaşlığın gələcək inkişafının vacibliyini vurğuladılar.

Teqlər: