Tokayevdən əmr: Ordunun döyüş qabiliyyəti artırılır

Tokayevdən əmr: Ordunun döyüş qabiliyyəti artırılır

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkənin hərbi doktrinasını dəyişib. O, Qazaxıstan ordusunun döyüş potensialını artırmağı və ərazi müdafiə sistemini gücləndirməyi əmr edib.

AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, ordunun döyüş potensialının artması strateji istiqamətlərdə lazımi qoşun, silah və texnika kompleksinin yaradılması hesabına baş verəcək.

Bildirilir ki, Qazaxıstan ordusunda artıq informasiya-psixoloji və kiberhücumlara qarşı mübarizənin təşkili üçün bölmələr yaradılıb.

Teqlər: