

“Daimi beşlik”dən (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) kənardan daha çox səsin daxil olması üçün islahatlara ehtiyac var.
AzerTimes xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına ehtiyacın olması barədə danışarkən deyib.
O qeyd edib ki, islahatlar aparılarsa, BMT müxtəlif regional problemləri daha yaxşı həll edə biləcək.