Tokayev yubileyini qeyd etməyəcək

Tokayev yubileyini qeyd etməyəcək

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev 70 illik yubileyini qeyd etməkdən imtina edib, dövlət başçısı mayın 17-də adi iş rejimində keçirəcək.

AzerTimes xəbər verir ki, bu barədə onun mətbuat katibi Ruslan Jeldibay deyib.

Jeldibay bildirib ki, Tokayev ad günü ilə bağlı hər hansı tədbir planlaşdırmır:

“Mayın 17-də Qazaxıstan prezidenti iş qrafikinə uyğun olaraq görüş keçirəcək. Bu gün Tokayevin Çinə dövlət səfəri başlayacaq, burada da analoji olaraq ad günü tədbirləri planlaşdırılmır”.

Teqlər: