Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev yanvar hadisələrində iştirak edən şəxslərə amnistiya elan edib.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
“Yanvar hadisəsində iştirak edən, lakin ağır cinayət törətməyən vətəndaşların cəzası dövlət tərəfindən yüngülləşdirib. Qanunu pozanların bəziləri öz günahlarını başa düşərək keçmiş əməllərindən peşman olub. Düşünürəm ki, ən yaxşısı onları bağışlamaqdır”, – Tokayev bildirib.
Qeyd edək ki, bu qərar iğtişaşların təşkilində iştirak edən əsas şəxslərə, habelə dövlətə xəyanətdə və hakimiyyəti zorakılıqla dəyişməyə cəhddə ittiham olunanlara şamil edilməyəcək.