Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hüquq-mühafizə orqanlarına və orduya terrorçulara qarşı xəbərdarlıq etmədən birbaşa atəş açmaq əmri verib.
Trend-in məlumatına görə, bu barədə prezident bu gün xalqa müraciətində deyib.
Bundan başqa, o bildirib ki, Qazaxıstan rəhbərliyi terrorçularla danışıqlar aparmaq niyyətində deyil:
“Xaricdən tərəflərə problemlərin dinc yolla həlli üçün danışıqlara başlamaq çağırışları səslənir. Terrorçularla, qatillərlə hansı danışıqlar ola bilər? Biz silahlanmış və hazırlıqlı quldurlarla üz-üzəyik”, – deyə K.Tokayev bildirib.
Qeyd edək ki, Qazaxıstan prezidenti antiterror əməliyyatının terrorçuların məhv olunmasınadək davam edəcəyini bildirmşdi.