Astanada Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə Çin lideri Si Szinpin arasında görüş baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Aparatından məlumat verilib.
Tokayev Çin liderinin səfərinin mühüm əhəmiyyətini qeyd edib:
“Çin dost, qonşu dövlət, mühüm strateji tərəfdaş və əsas müttəfiqlərdən biridir. Çin bizim üçün sadəcə yaxşı qonşu deyil, həm də yaxın dost və zamanın sınağından keçmiş etibarlı tərəfdaşdır”.