Tokayev: SSRİ “mifləri”ndən qurtulmaq vaxtıdır!

Tokayev: SSRİ “mifləri”ndən qurtulmaq vaxtıdır!

Qazaxıstan hakimiyyəti ölkənin müxtəlif obyektlərinə sovet xadimlərinin adlarının verilməsini dayandırmalı və öz görkəmli simalarının siyahısını yaratmalıdır.

AzerTimes xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

“Tarixi özünüdərkin gücləndirilməsində böyük əhəmiyyət kəsb edən ən mühüm ideoloji alət onomastikadır. Müxtəlif obyektlərə tərcümeyi-halı kiminsə şəxsi maraqları naminə qəsdən mifləşdirilən sovet dövrünün xadimlərinin adlarının verilməsi praktikasını dayandırmaq lazımdır. Əvəzində daxildə və xaricdə milli kimliyimizi göstərən görkəmli şəxsiyyətlərin vahid silsiləsindən istifadə edilməlidir”, – o bildirib.

Tokayev milli prioritetləri nəzərə alaraq onomastik prosedurları tənzimləməyə çağırıb.

Qeyd edək ki, Qazaxıstan prezidenti analoji təklifi mart ayında da səsləndirmişdi.

Teqlər: