Ermənistan XİN-i Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin İrəvana səfəri zamanı qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsinə ucaldılmış Tsitsernakaberd memorialını niyə ziyarət etməməsi ilə bağlı sualı şərh edib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Bu, protokolun istəyə bağlı hissəsidir”, – məlumatda deyilir.
Mediada qeyd olunur ki, əvvəllər “xatirə”ni ziyarət etmək bütün dövlət səfərləri üçün məcburi idi.