Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yeni hökumətin tərkibini təsdiqləyib.
AzerTimes-ın məlumatına görə, K.Tokayev bu barədə müvafiq sərəncam imzalayıb.
Yeni hökumətdə baş nazirin birinci müavini vəzifəsinə Roman Sklyar təyin olunub. Baş nazirin müavinləri isə Yeralı Tuqjanov, Muxtar Tleuberdı və Baxıt Sultanov olacaq.
Xarici işlər naziri, müdafiə naziri və daxili işlər naziri öz vəzifələrində qalıb.
Bolat Akçulakov energetika naziri vəzifəsində Maqzum Mirzaqaliyevi əvəz edib.