Başa düşməliyik ki, Rusiya dünya siyasətində son dərəcə mühüm rol oynayır və BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusuna malikdir.
AzerTimes xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Egemen Qazaxıstan” qəzetinə müsahibəsində deyib.
“Rusiya Prezidenti Vladimir Putin öz sözləri və hərəkətləri ilə mahiyyətcə qlobal gündəmi formalaşdıran liderdir. Rusiyanın rəyi bütün dünyada nəzərə alınır, bu dövlətin iştirakı olmadan heç bir dünya problemi həll edilə bilməz və bu bir faktdır”, – o vurğulayıb.