Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Murad Nurtleunu ölkənin xarici işlər naziri təyin edib.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstanın Prezident Administrasiyası məlumat yayıb.
M.Nurtleu həm də Qazaxıstan Baş nazirinin müavini vəzifəsini icra edəcək.
Xatırladaq ki, daha əvvəl o, Qazaxıstan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.