Qazaxıstanın Dövlət Təhlükəsizlik Xidməti bundan sonra ölkənin birinci prezidenti Nursultan Nazarbayevin təhlükəsizliyini təmin etməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev sərəncam imzalayıb.
Qeyd edək ki, ötən ay Nazarbayev “Nazarbayev Universiteti”, “Nazarbayev İntellektual Məktəbləri” və “Nazarbayev Fondu” kimi təşkilatların ali qəyyumlar şurasının rəhbəri statusunu itirib.