Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin Manqistausk vilayəti və Almatı şəhərində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə fərmanlar imzalayıb.
AzerTimes-ın məlumatına görə, fövqəladə vəziyyət rejimi vəziyyətin gərginləşməsi ilə əlaqədar ictimai təhlükəsizliyin təmin edilməsi, qanunçuluğun və asayişin bərpası, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilib.
Bildirilir ki, fövqəladə vəziyyət rejimi yerli vaxtla yanvarın 5-i saat 01:30-dan yanvarın 19-u saat 00:00-a qədər qüvvədə olacaq.