Tokayev KTMT-nin iclasında Bakı və İrəvana çağırış etdi

Tokayev KTMT-nin iclasında Bakı və İrəvana çağırış etdi

Qazaxıstan Prezidenti Qasım Jomart-Tokayev KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bu gün keçirilən sammitində Bakı və İrəvana çağırış edərək, güc vasitələrindən istifadəni dayandırmağa və danışıqlara başlamağa çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Tokayev konfliktin siyasi-diplomatik yolla həllinin vacibliyinə diqqət çəkib. O, stabilləşmə üçün bütün zəruri tədbirlərin görülməsinə çağırıb.

Qeyd edək ki, bugünkü sammitdə Rusiya lideri Vladimir Putin, Qırğızıstan Prezidenti Sadır Japarov, Ermənistan Baş naziri Nikol Paşinyan, Tacikistan baş naziri Kohir Rəsulzadə, Belarus TŞ katibi Aleksandr Volfoviç, KTMT baş katibinin müavini Valeri Semerikov iştirak edib.

Sammitdə Paşinyanın Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı informasiyası dinlənilib.

Teqlər: