Ermənistanda səfərdə olan Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bu ölkənin Qədim Əlyazmalar Elmi-Tədqiqat İnstitutuna məşhur heykəltəraş Eduard Kazaryanın əsərini hədiyyə edib.
AzerTimes xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Tokayev Ermənistana rəsmi səfəri çərçivəsində institutda olub. Onu Ermənistan parlamentinin sədri Alen Simonyan və təhsil, mədəniyyət və idman naziri Janna Andreasyan müşayiət edib.
Tokayev instituta Almatıda anadan olmuş Kazaryanın “Matenadaran” adlı bürünc ərintidən hazırlanmış heykəlini hədiyyə edib.
“Matenadaran” şirkətinin direktoru Ara Xzmalyan öz növbəsində Qazaxıstan rəhbərinə ingilis dilində girişi olan nadir qıpçaq əlyazmasının (erməni dilində yazılmış) nüsxəsini təqdim edib.