Yaxın zamanda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri olacaq.
AzerTimes xəbər verir ki, bu barədə Report-a müsahibəsində Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.
O bildirib ki, Qazaxıstan Prezidentinin səfəri çərçivəsində Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi olacaq.
Xatırladaq ki, Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası 2023-cü ildə başlayıb və uğurla başa çatdırılıb.