Dövlətlərin ərazi bütövlüyü BMT Nizamnaməsində yazıldığı kimi toxunulmaz olmalıdır.
AzerTimes xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “dxr” və “lxr”nin müstəqilliyini tanımaması ilə bağlı bəyanatını şərh edərkən deyib.
“Dövlətlərin ərazi bütövlüyünə öz qiymətimizi bildirərkən, təbii ki, mən BMT Nizamnaməsinin əsas prinsipini nəzərdə tuturdum. Ona görə də mənim nöqteyi-nəzərimdən ərazi bütövlüyünə üstünlük verilməlidir”, – Tokayev bildirib.
Qeyd edək ki, Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda, Putinin yanındaca Luqansk və Donetskdəki qondarma qurumları “kvazidövlət” adlandırması və onların müstəqilliklərini heç vaxt tanımayacaqlarını bəyan etməsi, ölkələrin ərazi bütövlüyünə dəstəyi geniş müzakirələrə səbəb olub.