Qazaxıstanın daxili işlər naziri Marat Əhmədjanov vəzifəsindən azad olunub.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Yerjan Sadenov yeni daxili işlər naziri təyin edilib.
Qeyd edək ki, o, əvvəllər DİN rəhbərinin müavini vəzifəsində çalışıb.