Türkiyənin Tokat vilayətindəki yaşayış evlərinin birində partlayış baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Gələn çağırış əsasında jandarma dəstəsi Hörmüzlü kəndində yerləşən bağ evlərindən birinə girərkən partlayış olub. Nəticədə beş jandarma əməkdaşı və iki mülki vətəndaş yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Partlayışın səbəbi barədə rəsmi açıqlama verilməyib.