Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar yenidən regiona səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə AB rəsmisi Tvitterdə yazıb.
O, səfərə Ermənistandan başlayacaq və daha sonra Azərbaycan və Gürcüstana gələcək.
“Liderlərin Münhen görüşündən sonra İrəvandan başlayaraq bir sıra məsləhətləşmələr aparmaq üçün regiona qayıdıram”, – Klaar bildirib.