Toivo Klaar qondarma rejimin ərazisinə buraxılmadı

Toivo Klaar qondarma rejimin ərazisinə buraxılmadı

Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Abxaziyaya daxil olmasına icazə verilməyib.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Jam Nyus” portalı məlumat yayıb.

T.Klaar 2024-cü ilin ilk ayında Abxaziyaya səfər planlaşdırsa da, bunun təxirə salındığını deyib.

“Mandatım çərçivəsində səfərə hazırlaşırdım. Təəssüf ki, oradakı həmsöhbətlərimiz mənə bunun mümkün olmadığını bildirdilər. Bu, son 6 ayda ikinci imtinadır. Abxaziya ilə əlaqə yollarının bağlanması heç kimin maraqlarına uyğun deyil. Rusiya-Ukrayna müharibəsinə görə Abxaziyaya gediş-gəlişə problem yaradılmamalıdır”, – T.Klaar bildirib.

Teqlər: