Toivo Klaar Paşinyanla görüşdü

Toivo Klaar Paşinyanla görüşdü

İyunun 3-də Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Görüş zamanı Paşinyan Ermənistan-AB tərəfdaşlığının əhəmiyyətini qeyd edib və Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin regional sabitliyin təmin edilməsində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Paşinyan bir daha artıq tarixin arxivində olan ATƏT-in Minsk Qrupunun fəaliyyətinin vacibliyini gündəmə gətirib.

Klaar da öz növbəsində Avropa Birliyinin regional dialoqu dəstəklədiyini bildirib.

Həmsöhbətlər Brüssel görüşlərinin yekunları üzrə əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Sərhədin demarkasiyası və təhlükəsizliyi üzrə komissiyanın işi, regional infrastrukturların blokadadan çıxarılması ilə bağlı məsələlərə də toxunulub.

Teqlər: