Toivo Klaar İrəvanda səfərdədir

Toivo Klaar İrəvanda səfərdədir

Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda səfərdədir.

AzerTimes xəbər verir ki, o, bu barədə Tvitterdə yazıb.

T. Klaar Ermənistan rəsmiləri ilə Laçın yolundakı durumu müzakirə edəcəyini bildirib:

“AB-nin məqsədi Ermənistanla Azərbaycan arasında hərtərəfli həll yoluna nail olmaqdır”.

Xatırladaq ki, Klaar sonuncu dəfə ötən ilin dekabrında Ermənistanda olub.

Teqlər: