Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə xüsusi nümayəndənin mətbuat katibi Anri Dükken deyib.
“Toivo Klaar bir sıra görüşlər üçün sabah, 6 mart 2023-cü il tarixində Bakıya səfər edəcək. Bu məsləhətləşmələr onun fevralın 24-də Ermənistana son səfərindən sonra aparılır”, – deyə o bildirib.