Bu gün Nazirlər Kabinetinin qarşısında quru sərhədlərin açılması tələbi ilə aksiya təşkil edən müxalifət fəalı – Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi sosial şəbəkədə məlumat yayıb.
Nigar Həzi aksiyada bir sıra digər müxalifət fəallarının da saxlanıldığını bildirib.