Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Tofiq Musayev (70 kq) “Bellator”da rusiyalı Aleksandr Şabliyə məğlub olub.
AzerTimes xəbər verir ki, Dünya Qran-prisinin 1/4 final mərhələsindəki döyüşdə 34 yaşlı idmançı qasıq nahiyəsindən aldığı zədə səbəbindən mübarizəni sona qədər davam etdirə bilməyib.
ABŞ-ın San-Xoşe şəhərində baş tutan görüşün üçüncü raundunda xəsarət alan Musayev texniki nokautla uduzub. Bu, Azərbaycan idmançısının MMA karyerasında keçirdiyi 25-ci duelində 5-ci məğlubiyyəti olub.
Qeyd edək ki, “Bellator”un mükafat fondu 1 000 000 ABŞ dollarıdır.