TN açıqladı: Universitetlər bu hüquqdan niyə istifadə etmir?

TN açıqladı: Universitetlər bu hüquqdan niyə istifadə etmir?

Xəbər verdiyimiz kimi, ali və orta təhsil müəssislərində dərs saatlarının eyni saatda başlaması səhər saatlarında yollarda, eyni zamanda universitetlərin özündə sıxlığa səbəb olur.

Elm və Təhsil Nazirliyindən AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, dərs saatlarının hansı qaydada nizamlanmasına universitetlər özü qərar verir.

“Mövcud qanunvericiliyə əsasən, dövlət ali təhsil müəssisələri öz işlərini müstəqil surətdə planlaşdırmaq, təlim-tərbiyə, elmi-tədqiqat, metodik, maliyyə-təsərrüfat, iqtisadi, kommersiya və s. məsələləri sərbəst həll etmək hüququna malikdirlər”, – nazirliyin cavabında bildirilib.

Qeyd edək ki, Azərbaycan təhsil müəssisələri Qərb təhsil modeli olan Bolonya sisteminə 2005-ci ildən qoşulsa da, dərs saatları, tədris metodikası, imtahan formatı kimi bir çox amillər universitetlərdə bu modelin tətbiq edilmədiyini göstərir. Bolonya sisteminə əsasən, tələbələrin dərs saatları qruplar, ixtisaslar, fakültələr nəzərə alınmaqla bütün günə bölüşdürülür.

Teqlər: