Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət edərək belarusların rus təcavüzkarına qarşı mübarizədə verdiyi töhfəyə hörmətlə yanaşmağa, Ukrayna və Belarus xalqlarının birliyini təşviq etməyə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə Tixanovskayanın Zelenski və Ukrayna hökumətlərinə müraciətində deyilir.
“Prezident Zelenski müraciətində bildirib ki, Rusiya hakimiyyəti Belarus və Ukrayna xalqları arasında nifrət toxumu səpməyə çalışır. Bu, doğrudur. Və indi işğalçıya qarşı birliyi inkişaf etdirməyin vaxtıdır.
Prezident Zelenski deyib ki, əgər Rusiya raketlərini Belarus ərazisindən atan kimsə məsuliyyətdən yayınmağa ümid edirsə, səhv etmir – bu doğrudur. Hərbi təcavüzə, Belarus torpaqlarından Rusiya texnikasının sınaq meydançası kimi istifadəsinə, ukraynalılara və belaruslara qarşı zorakılığa görə məsuliyyət daşıyanların hamısı ədalətli məsuliyyət daşıyacaqlar. Bu, bütün Belarus xalqı deyil, Lukaşenka və onun əlaltıları olacaq”, – deyə bildirilib.