Tıxac olmaması üçün 4 qaydaya riayət edək

Tıxac olmaması üçün 4 qaydaya riayət edək

Tıxac probleminin köklü həlli ancaq sistem və idarəetmə fəlsəfəsinin dəyişməsindən, Bakının yükünün azaldılmasından, iqtisadi-sosial fürsətlərin ölkə üzrə bərabərəyaxın yayılmasından keçir ki, bu da ciddi zaman alan məsələlərdir.

AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, tıxac məsələlərində sürücülərin də məsuliyyətsizliyi rol oynayır. Ona görə də o, ilkin olaraq bu qaydalara əməl etməyə çağırıb:

1. Parklanma məsələsi – heç olmasa ikinci, hətta üçüncü cərgədə maşını park edib qəza işıqlarını yandırıb harasa getmək lazımdır;

2. Əsas yolda olan sürücü yol üstünlüyündən sui-istifadə etməməlidir – əgər ikinci yolda dayanan şəxsin keçmək üçün fürsəti yaranırsa, dərhal sürəti artırıb ona mane olmaq əvəzinə azacıq diqqət göstərmək və ən azı bir maşının “yükünü” azaltmalısan; nəzərə almalısa ki, eyni situasiyada sabah sən özün ola bilərsən;

3. Zolaqlara ciddi əməl edilməlidir – tez-tez zolaq dəyişən anlamalıdır ki, etdiyi manevr yolda ümumi sürəti bir az da azaldır, tıxac daha da artır və sən tez çatmaq istədiyin yerə daha gec çatırsan;

4. Piyada zolaqları – piyada ona verilən bu yolkeçmə hüququndan sui-istifadə etməməlidir, yolu sürətlə keçməlidir. Və yaxud ən azı 2-3 nəfər yığıldıqdan sonra yol zolağına ayaq qoymaq lazımdır.

Ekspert bildirib ki, hər kəsin diqqətli, anlayışlı davranması ömrümüzün tıxaclarda məhv olmaması üçün lazımdır.

Teqlər: