Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə AzerTimes-a Mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
– Heydər Əliyev prospekti – Kənar yol, mərkəz istiqamətində;
– Heydər Əliyev prospekti – Əsas yol, mərkəz istiqamətində;
– Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
– Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
– Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
– Binəqədi şosesi – “Azadlıq prospekti” metrostansiyası istiqamətində;
– Tiflis prospekti – “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində.