Vəzifəsindən uzaqlaşdırılan Rusiya xarici işlər nazirinin müavini Vladimir Titov BMT-nin Cenevrədəki daimi nümayəndəsi ola bilər.
AzerTimes xəbər verir ki, bunu “Kommersant” qəzeti Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən yazıb.
Bildirilir ki, Titovun Rusiyanın Cenevrədəki BMT ofisi və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi vəzifəsinə təyin olunacağını gözlənilir.
Nəşrin məlumatına görə, onun əvvəlki postu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyaya həvalə olunacaq.