Nigeriyanın Kaduna-Kano avtomobil yolunun Kura bölgəsindən keçən hissəsində hərəkətdə olan yük maşını (TIR – red) idarəetməni itirərək namaz qılmaq üçün toplanan izdihamın arasına daxil olub.
AzerTimes xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 14 nəfər ölüb.
Bundan başqa, qəza zamanı çoxlu sayda insanın yaralandığı bildirilib.
Xəsarət alan şəxslərin yaxınlıqdakı xəstəxanaya çatdırıldığı vurğulanıb.