Ermənistan parlamentinin keçmiş deputatı, “Alyans” partiyasının rəhbəri Tiqran Urixanyan Rusiyada saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan məlumat yayıb.
O bildirib ki, T.Urixanyan bir müddətdir axtarışa verilib.
Onun barəsində Ermənistan Cinayət Məcəlləsinin 442-ci (vəzifəli şəxsin sahibkarlıq fəaliyyətində qanunsuz iştirak) maddəsi ilə cinayət işi başlanıb.