Ukraynanın “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko Ukraynada səfərbərlik haqqında qanunun hazırkı variantını konstitusiyaya zidd adlandırıb və ona səs verməkdən imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.
“Batkivşina indiki formada səfərbərlik haqqında qanuna səs verməyəcək”, – deputat bildirib.
Timoşenkonun sözlərinə görə, qanunun ölkə parlamentinə təqdim edilən hazırkı variantı konstitusiyaya uyğun gəlmir.