“TikTok” Rusiyada qismən fəaliyyətini dayandırır

“TikTok” sosial şəbəkəsi Rusiya qanunvericiliyinin
sərtləşdirilməsi ilə əlaqədar ölkə ərazisində yeni məzmunun
yayılmasını və canlı yayım imkanlarını müvəqqəti dayandırır.

Trend xəbər verir ki, bu barədə bazar günü sosial şəbəkənin
saytında yerləşdirilmiş bəyanatda deyilir.

“Rusiyanın yeni saxta xəbərlər haqqında qanunu fonunda bu
qanunun təhlükəsizliklə bağlı nəticələrini qiymətləndirənə qədər
bizim video xidmətimizdə canlı yayımları dayandırmaqdan və yeni
məzmunu dərc etməyə məhdudiyyət qoymaqdan başqa seçimimiz qalmır”,
– bəyanatda deyilir.

Bununla belə qeyd olunur ki, qərar proqramdaxili mesajlaşma
funksiyasına təsir etməyəcək.

Teqlər: