Sabah ABŞ Konqresində çıxış edəcəm.
AzerTimes xəbər verir ki, bunu Tiktokun rəhbəri Çjou Şouzi deyib.
“Mən yetkinlik yaşına çatmayanların qorunması, məlumatların məxfiliyi və platforma təhlükəsizliyini təmin etmək üçün müzakirəni səbirsizliklə gözləyirəm. Milli təhlükəsizlik problemini həll etmək üçün qabaqcıl, çoxtərəfli təşəbbüsləri inkişaf etdirmək səylərimizi sizinlə bölüşmək fürsətini alqışlayıram”, – Tiktok rəhbəri bildirib.
Qeyd edək ki, Konqres hökumətə Tiktok və digər oxşar tətbiqləri qadağan etmək səlahiyyəti verən qanun layihəsini qəbul etməyə hazırlaşır.