Tikinti-Təchizat Birliyi MMC-nin saxlanılması xərcləri müəyyənləşib

Nazirlər Kabineti “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin TikintiTəchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında” qərar verib.

AzerTimes xəbər verir ki, qərara əsasən, İqtisadiyyat Nazirliyinin “TikintiTəchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına İqtisadiyyat Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni obyektlərin tikintisi ilə bağlı daxilolmaların 1,0 faizə qədəri, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən edilib.


Teqlər: