Tikinti materialı bazarında qiymətlər necədir? – Ekspertdən AÇIQLAMA

Xəbər - Fərid Zöhrabov – AzerTimes

Tikinti materialları bazarında ilin I rübündə başlayan qiymət artımı bir az səngiyib.Qış ayları tikinti materialları bazarı üçün qeyri-mövsümi aylardır.

Bunu AzerTimes-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

R.Osmanlının sözlərinə görə, tikinti materialları bazarında ilin əvvəlində çox kəskin qiymət artımları baş verdi.


“Bu proses tikinti materialları bazarında da artıq stabilləşməklə müşahidə edilir. Taxta və bəzi malların qiymətində azalma müşahidə olunur. Bütövlükdə ilin əvvəli ilə müqayisədə bəzi tikinti materiallarının qiymətində 30-35% artım var. Qiymətlərin artmasının səbəbi istehlak qiymətlərinin artımı eyni zamanda tələbatın artmasıdır.”

Teqlər: