Tikinti layihəsinin təsdiqi və qeydiyyatdan keçirilməsi üçün rüsum artırılır

Tikinti layihəsinin təsdiqi və qeydiyyatdan keçirilməsi üçün rüsum artırılır.

AzerTimes-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, tikintinin layihəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsi və qeydiyyatdan keçirilməsi üçün ödənilən rüsum 60 manatdan 90 manata qaldırılır.


Eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tikintinin eskiz, arxitektura-işçi, konstruksiya layihəsinin ekspertizası üçün rüsum 30 manatdan 45 manata, yenidənqurulma və yenidən planlaşdırılma işlərinə icazənin verilməsi üçün rüsum 50 manatdan 75 manata, inşaat pasportunun verilməsi üçün rüsum 50 manatdan 75 manata, inşaat pasportunun dublikatının verilməsi üçün rüsum isə 10 manatdan 15 manata qaldırılacaq.

Teqlər: