Qərbi Azərbaycan əyalətinin Tikantəpə (Tikab) şəhərində bir neçə gündür başlayan tətil davam edir.
AzerTimes xəbər verir ki, noyabrın 15-dən hökumətin repressiyalarına etiraz olaraq başlayan aksiya çərçivəsində bazar, mağazalar və istehsal müəssisələrinin əksəriyyətinin fəaliyyəti dayandırılıb.
Həmçinin, noyabrın 20-i gecə saatlarında şəhərdə etiraz aksiyaları da keçirilib. Hökumət əleyhinə şüarlar səsləndirən aksiyaçılardan bir neçəsinin həbs edildiyi bildirilir. İnsan haqları təşkilatları və hüquq müdafiəçiləri saxlanılanların kimliyini dəqiqləşdirməyə çalışdıqlarını qeyd ediblər.