Tiflisin Venesiya komissiyasından xahişi…

Tiflisin Venesiya komissiyasından xahişi…

Gürcüstan parlamenti hüquqi rəy alınması üçün Venesiya komissiyasına göndərdiyi “xarici təsir agenti” adlı qanun layihəsini geri istəyib.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili martın 9-da axşam saatlarında keçirdiyi brifinqdə məlumat verib.

O deyib ki, qanun layihəsinin geri çağırılması ilə əlaqədar Venesiya komissiyasının prezidenti ilə telefonla danışıb və sənədə hüquqi rəy verilməsinə baxılmamasını xahiş edib.

Onun sözlərinə görə, bu qanun bir daha müzakirə olunmayacaq.

Teqlər: