AB sammiti Gürcüstanı “Xarici agentlər haqqında” qanuna görə Birliyə qəbul prosesini dayandırmaqla hədələyib.
AzerTimes xəbər verir ki, bu barədə AB-nin yekun bəyanatında deyilir.
“Xarici təsirin şəffaflığı haqqında” qəbul edilmiş qanun Avropa Komissiyasının Gürcüstana AB üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı tövsiyələrindən yayınmadır. AB Gürcüstan hakimiyyətini niyyətlərini aydınlaşdırmağa, Tiflisin Birliyə gedən yolunu darmadağın edən və üzvlük prosesinin faktiki olaraq dayanmasına səbəb olan hazırkı fəaliyyət kursunu dəyişməyə çağırır”, – bəyanatda deyilir.