Gürcüstanın Avropa Birliyinə inteqrasiya prosesi ölkə parlamentinin “Xarici agentlər haqqında” qanunu qəbul etməsi səbəbindən dondurulub.
AzerTimes xəbər verir ki, bunu AB-nin Gürcüstandakı səfiri Pavel Gerçinski deyib.
“Bilirsiniz ki, AB-yə inteqrasiya yekdillik tələb edir və biz artıq eşitmişik ki, bəzi üzv ölkələr bu qanun qəbul edilərsə, Gürcüstanla üzvlük danışıqlarının başlanmasının əleyhinə olacaqlarını açıq şəkildə bəyan ediblər”, – Gerçinski bildirib.
Diplomat əlavə edib ki, gələn həftə Avropa Birliyi “Xarici agentlər haqqında” qanuna görə Gürcüstana qarşı cavab tədbirləri üzərində işə başlayacaq.