ABŞ Prezident Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə görüşdən imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə “Amerikanın səsi” mənbələrə istinadla məlumat verib.
“Kobaxidze ilə təmaslar məhduddur, çünki Gürcüstan hökumətinin son hərəkətləri və bəyanatları demokratiyaya və gürcü xalqının iradəsinə sarsıdıcı etinasızlığı nümayiş etdirir”, – məlumatda qeyd olunub.
Bildirilib ki, ABŞ Prezidenti Co Bayden bu gün Nyu Yorkda ənənəvi qəbulda BMT Baş Assambleyasının toplantısına qatılan ölkələrin liderlərini qəbul edəcək.
“Kobaxidzenin qəbulda iştirak etməyəcəyini Gürcüstanın baş nazirinin dəftərxanası təsdiqləsə də, bunun səbəbini açıqlamayıb”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, Kobaxidze bu gün BMT Baş Assambleyasının iclasında çıxış edəcək.