Vahid Milli Hərəkat Partiyasının parlament fraksiyası Gürcüstanda “İşğalçılıq haqqında” Qanuna dəyişiklik təklif edib.
AzerTimes xəbər verir ki, bu barədə “Novosti Qruziya” məlumat verib.
Vahid Milli Hərəkat Partiyasının deputatı Levan Bejaşvilinin sözlərinə görə, təklif Gürcüstana gələn Rusiya vətəndaşları üçün 1000 lari (təxminən 360 dollar) məbləğində “işğal rüsumu”nun müəyyən edilməsini nəzərdə tutur.
“Bir tərəfdən Gürcüstana gələn rusiyalılar rüsum ödəməklə Rusiyanın işğalçı olduğunu başa düşəcəklər. Bundan başqa həmin ödənişlər qaçqınlara yardım fonduna xərclənəcək. Bunu ödəməyənlər ölkəyə buraxılmamalıdır”, – Bejaşvili bildirib.