Tiflisdən Zelenskiyə sərt etiraz: Daxili işlərə müdaxilədir!

Tiflisdən Zelenskiyə sərt etiraz: Daxili işlərə müdaxilədir!

Rəsmi Kiyevin Gürcüstan səfirinin ölkəni tərk etməsi ilə bağlı tələbi suveren dövlətin daxili işlərinə müdaxilədir, bununla bağlı dərin narahatlığımızı bildiririk.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Bu hərəkət diplomatik münasibətlərin kəskinləşməsinin ifrat formasıdır və rəsmi Kiyevin dost dövlətə və onun xalqına münasibətdə bu addıma əl atması təəssüf doğurur. Qərar (Kiyevin) Ukrayna rəhbərliyinin göstərdiyi səbəbi xüsusilə anlaşılmaz edir.

Stasburq Məhkəməsinin qərarı ilə həbsdə olan Mixail Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı spekulyasiyalara son qoyuldu və bu, Mixail Saakaşvilinin hüquqlarının müdafiəsi ilə bağlı dövlətin göstərdiyi yüksək standartları bir daha təsdiqlədi. Kiyevin qərarı iki ölkə arasında strateji münasibətlərə xələl gətirir və suveren dövlətin daxili işlərinə birbaşa müdaxilədir.

Ümid edirik ki, rəsmi Kiyev öz qərarına yenidən baxacaq və iki ölkə arasında tarixi dostluq münasibətlərini daha da inkişaf etdirmək üçün səy göstərəcək”, – bəyanatda deyilir.

Xatırladaq ki, Ukrayna lideri Vladimir Zelenski Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı vəziyyətə kəskin etirazını bildirərək, Tiflisin Ukraynadakı səfirinə ölkəni tərk etmək üçün 48 saat vaxt verib.

Teqlər: