Tiflisdən partlayıcı yüklə bağlı açıqlama

Tiflisdən partlayıcı yüklə bağlı açıqlama

Tiflis Ukraynadan Gürcüstan üzərindən Rusiyaya daşınan partlayıcı yüklə bağlı Kiyevdən əlavə məlumat gözləyir.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi Basa Mqeladze bildirib.

“Bu halda biz təkcə Ukrayna ilə deyil, həm də bu yükün keçdiyi ölkələrlə əməkdaşlıq edəcəyik. Biz bu faktla bağlı Ukraynaya məlumat vermişik və onlardan istintaqa kömək edəcək əlavə məlumat gözləyirik”, – Mqeladze söyləyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Odessadan Voronejə daşınan yükün saxlandığını elan edib. Onlar elektromobillərin akkumulyatorlarında gizlədilən partlayıcı qurğular aşkar ediblər. Onlar Ukrayna vətəndaşına məxsus mikroavtobusla Odessadan Rumıniya, Bolqarıstan və Türkiyədən keçməklə Gürcüstana gətiriliblər.

Teqlər: